
İlham Əliyev: I rübdə Azərbaycanda ÜDM-in artımı 1,1% təşkil edib
2020-ci ilin yanvar-mart aylarında ÜDM-in artımı 1,1% təşkil edib. Bunu prezident İlham Əliyev deyib.
“İqtisadi nailiyyətlərimizlə bağlı bir daha demək istəyirəm ki, biz yanvar, fevral aylarını çox yaxşı göstəricilərlə başa vurmuşuq. Ümumi daxili məhsul 3%-ə yaxın artıb, qeyri–neft sektorunda təxminən 7%-ə yaxın artım olub. Ancaq əgər üç ayı götürsək ümumi daxili məhsul 1,1% artıb. Qeyri–neft sektorunda isə 3%-dən bir qədər çox artıb. Yenə də artım var. Ancaq bu artım daha da böyük olacaqdı”, - Əliyev çərşənbə axşamı 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib.
Dövlət başçısının sözlərinə görə, hesabat dövründə qeyri–neft sənaye sektorunda artım 23% təşkil edib, bu da son illər ərzində bu sahəyə göstərilən diqqətin nəticəsidir.
“Üç ayın yekunları üzrə inflyasiya 3%, əhalinin gəılirləırinin artımı isə 7%-ə yaxın təşkil edib. Üç ayda vergi və gömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil etmişlər. Xüsusilə nəzərə alsaq ki, indi iqtisadi fəallıq aşağı düşüb, bu, hesab edirəm ki, yaxşı nəticədir, yenə də şəffaflıqla bağlı olan tədbirlərin bariz nümunəsidir”, - Əliyev əlavə edib.