Bu il BTC boru kəməri ilə nəql olunan tranzit nefti 4,055 milyon ton olub

Bu il BTC boru kəməri ilə nəql olunan tranzit nefti 4,055 milyon ton olub

BİZNES
182

Fins.az - 2026-cı ilin yanvar–fevral aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql olunan tranzit neftinin həcmi 4,055 milyon ton təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 375 min ton və ya 8,5% azalma deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, BTC boru kəməri ilə nəql olunan neftin 83,1%-i (3,369 milyon ton) Azərbaycanda hasil edilmiş neft, 16,9%-i (686,4 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neftdən ibarət olub.

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin ümumi uzunluğu 1 768 km-dir: 443 km Azərbaycan, 249 km Gürcüstan və 1 076 km Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprel ayında başlanılıb və 2005-ci il mayın 18-də neftin nəqli həyata keçirilib.

BTC layihəsinin pay bölgüsü isə belədir: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il BTC boru kəməri ilə nəql olunan tranzit nefti 4,055 milyon ton olub — Fins.az — Fins.az