Bu il Azərbaycanın təbii qaz ixracı 1,285 milyard dollara çatıb

Bu il Azərbaycanın təbii qaz ixracı 1,285 milyard dollara çatıb

BİZNES
243

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr (qaz halında) təbii qaz ixrac edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, keçən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 265 milyon ABŞ dolları və ya 17,1% azalsa da, həcm ifadəsində 194 milyon kubmetr və ya 4,6% artıb.

Eyni dövrdə Azərbaycan xarici ölkələrlə ümumi ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dolları məbləğində həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır. Xarici ticarət dövriyyəsinin 3,665 milyard dolları ixrac, 2,599 milyard dolları isə idxal üzrə olub. Son bir ildə ixrac 1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət əməliyyatları 933,6 milyon dollar müsbət saldo ilə yekunlaşıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il Azərbaycanın təbii qaz ixracı 1,285 milyard dollara çatıb — Fins.az — Fins.az