Bu il Azərbaycandan 22 milyon dollar dəyərində gübrə ixrac olunub

Bu il Azərbaycandan 22 milyon dollar dəyərində gübrə ixrac olunub

BİZNES
304

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 22,048 milyon ABŞ dolları dəyərində 70,2 min ton gübrə ixrac edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 14,1 milyon dollar və ya 39% artım, həcm baxımından isə 53,2 min ton və ya 43,1% azalma deməkdir.

Gübrə ixracı ölkənin bu ilin ilk iki ayındakı ümumi məhsul ixracında 0,60% paya malik olub.

Eyni zamanda, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana 19,6 milyon ABŞ dolları dəyərində 29 min ton gübrə idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 8,7 milyon dollar və ya 1,8 dəfə, həcm baxımından isə 5,5 min ton və ya 23,4% artım deməkdir.

Hesabat dövründə gübrə idxalı ölkənin ümumi idxalında 0,75% paya sahib olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il Azərbaycandan 22 milyon dollar dəyərində gübrə ixrac olunub — Fins.az — Fins.az