Bu il Azərbaycanda xam neft hasilatı 4,343 milyon ton olub

Bu il Azərbaycanda xam neft hasilatı 4,343 milyon ton olub

BİZNES
360

Fins.az - 2026-cı ilin yanvar–fevral aylarında Azərbaycanda xam neft (qaz kondensatı daxil olmaqla) hasilatı 4,343 milyon ton təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 136 min ton və ya 3,03% azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə hasil olunan xam neftin 4,332 milyon tonu əmtəəlik neftin payına düşüb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 136 min ton və ya 3% azalma deməkdir.

Ümumilikdə, hasilat sənayesində istehsalın ümumi həcmi 5,2 milyard manat təşkil edib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il Azərbaycanda xam neft hasilatı 4,343 milyon ton olub — Fins.az — Fins.az