
Bu il Azərbaycanda 51,4 min ton mazut istehsal edilib
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 51,4 min ton mazut istehsal edilib.
Fins.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,2 min ton və ya 9,2% azdır.
Məlumata görə, 2026-cı il iyulun 1-i vəziyyətinə ölkədə hazır mazut ehtiyatı 4,9 min ton təşkil edib.
Hesabatda qeyd olunur ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,903 milyard manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7% azalma deməkdir.