
İki ayda Gömrük Komitəsinə 802 minədək elektron müraciət ünvanlanıb
Cari ilin yanvar-fevral aylarında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 801,9 min elektron müraciət daxil olub.
Komitədən fins.az-a verilən məlumata görə daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu, gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edib