İdxal və ixracla məşğul olan şirkətlərin sayı artır

İdxal və ixracla məşğul olan şirkətlərin sayı artır

BİZNES
636

2020-ci ilin ilk rübündə 5 mindən artıq şirkət idxal və ya ixrac fəaliyyəti ilə məşğul olub. və ixracla məşğul olan şirkətlərin sayı artır

Xarici iqtisadi fəaliyyət (XİF) iştirakçılarının sayı artır.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin ilk rübündə idxal və ixrac fəaliyyəti ilə 19 min 761 şəxs məşğul olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 min 23 şəxs çoxdur.

2020-ci ilin 1-ci rübündə idxal və ixrac fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayı 2019-cu ilin 1-ci rübü ilə müqayisədə 453 şəxs artaraq 5 min 260 şəxs, fiziki şəxslərin sayı isə 7 min 570 şəxs artaraq 19 min 761 şəxs təşkil edib.

2019-cu ildə xarici ticarət iştirakçılarının sayı 44 min 554 şəxs, o cümlədən hüquqi şəxslərin sayı 8 min 888 şəxs, fiziki şəxslərin sayı 35 min 666 şəxs təşkil etmişdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İdxal və ixracla məşğul olan şirkətlərin sayı artır — Fins.az — Fins.az