“Ideal” və “Sabina” mağazaları birləşdikdən sonra - ŞİRKƏT REBRENDİNQƏ GEDİB

“Ideal” və “Sabina” mağazaları birləşdikdən sonra - ŞİRKƏT REBRENDİNQƏ GEDİB

BİZNES
1,739

“IDEAL” parfumeriya və kosmetika mağazalarının sahibi digər rəqib olan “Sabina” parfurmeriya mağazalar şəbəkəsini aldıqdan sonra adını dəyişdirib.

Fins.az Banker.az-a istinadən xəbər verir ki, buna qədər “IDEAL”ın sahibi kimi tanınan “İDEAL KOMPANİ” MMC adını dəyişdirərək, “ADORE KOMPANİ” MMC  kimi dövlət qeydiyyatına aldırıb.

Şirkətin dövlət qeydiyyatında bununla bağlı dəyişikliyi isə 10 yanvar 2020-ci ildə baş verib.

Ehtimal ki, şirkətin bütün mağazaları “IDEAL” brendi altında öz fəaliyyətlərini davam etdirməli olacaqlar.

Hazırda 3,2 milyonluq nizamnamə kapitalına sahib olan “ADORE Kompani”nin qanuni təmsilçisi və ya sahibi Samir Əliyev Yalçın oğlu sayılır.

Bildirək ki, indiki “ADORE Kompani” “Sabina” parfumaeriya mağazasını hansı sövdələşmə əsnasında və hansı qiymətə alması barədə ictimayyətə hər hansısa məlumat sızmayıb.

Ümumilikdə “Sabina” mağazalar şəbəkəsinin Bakı və Gəncə şəhərlərində 12 mağazası fəaliyyət göstərir və bu şəbəkə İDEAL brendindən daha əvvəl fəaliyyətə başlamışdı. İDEAL mağazalar şəbəkəsi isə hazırda Bakı və Sumqayıtda fəaliyyət göstərən 15 mağazaya malikdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Ideal” və “Sabina” mağazaları birləşdikdən sonra - ŞİRKƏT REBRENDİNQƏ GEDİB — Fins.az — Fins.az