İcazələrin, vizaların və təsdiqlərin verilməsinə məsul olan Biznes Xidmətləri Mərkəzi yaradılacaq

İcazələrin, vizaların və təsdiqlərin verilməsinə məsul olan Biznes Xidmətləri Mərkəzi yaradılacaq

BİZNES
1,041

Ələt azad iqtisadi zonada icazələrin, vizaların və təsdiqlərin verilməsinə məsul olan Biznes Xidmətləri Mərkəzi fəaliyyətə başlayacaq.

"Fins.az"-ın məlumatına görə, Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrində bildirilir ki, növbəti ilin dövlət büdcəsində Ələt azad iqtisadi zonada bütün lisenziyaların, icazələrin, vizaların və təsdiqlərin verilməsinə məsul olan Biznes Xidmətləri Mərkəzinin (“One-Stop Shop” Business Centre) fəaliyyətinin təmin edilməsi ilə bağlı xərclər üçün 10,3 milyon manat məbləğində vəsait proqnozlaşdırılır.

Biznes Xidmətləri Mərkəzi – Azad Zona səlahiyyətli qurumu tərəfindən yaradılan, Azad Zonada bütün lisenziyaların, icazələrin, vizaların və təsdiqlərin verilməsinə məsul olan Azad Zona inzibati qurumudur.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İcazələrin, vizaların və təsdiqlərin verilməsinə məsul olan Biznes Xidmətləri Mərkəzi yaradılacaq — Fins.az — Fins.az