
Hökumət koronovirusla bağlı sahibkarlara güzəşt edə bilər
“Hökumət koronovirusla bağlı sahibkarlara güzəşt edilməsi barədə müzakirələr aparır”.
“Koronavirusla bağlı görülən tədbirlər strukturlar arasında uyğunsuzluq yaradır. Fors-major hallara epidemiyanın yayılması daxil deyil”.
Bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. O bildirib ki, belə halda müqavilə öhdəliklərinə yeni anlayışların daxil edilməsi bizə lazım olacaq:
“Çünki bu gün dünyada epidemiyaların yayılması prosesi çox sürətlə gedir. Digər ölkələrdə hökumət sahibkarlara hansısa güzəşt edir. Bununla bağlı Azərbaycan da daxildə müəyyən müzakirələr aparılır”.
(c)Qafqazinfo