Hindistan fevral ayında qızıl idxalını 2,3 milyard dollara qədər azaldıb

Hindistan fevral ayında qızıl idxalını 2,3 milyard dollara qədər azaldıb

BİZNES
452

Hindistanın Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, 2025-ci ilin fevral ayında Hindistan 2,338 milyard dollar dəyərində qızıl idxal edib.

Finss.az xəbər verir ki, bu, 2024-cü ilin fevral ayı ilə müqayisədə 62%, 2025-ci ilin yanvar ayı ilə müqayisədə isə 13% azdır.

İlin cəmi 2 ayında Hindistana qızıl idxalı 5,025 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünün nəticəsi ilə müqayisədə 38% azdır.

Nazirliyin məlumatına görə, 2024-cü ildə Hindistan 58,096 milyard dollar dəyərində 812 ton qızıl idxal edib.

Hindistan dünyanın ən böyük qızıl istehlakçılarından biridir və özü demək olar ki, heç bir qızıl istehsal etmir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hindistan fevral ayında qızıl idxalını 2,3 milyard dollara qədər azaldıb — Fins.az — Fins.az