Heydər Əliyev adına Beynəlxalq Aeroportda "Duty free"-də "Azərxalça"-ın rəsmi mağazası açılıb

Heydər Əliyev adına Beynəlxalq Aeroportda "Duty free"-də "Azərxalça"-ın rəsmi mağazası açılıb

BİZNES
466

 Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında (Duty free) “Azərxalça” ASC-nın rəsmi satış nöqtəsi fəaliyyətə başlayıb. 

Fins.az xəbər verir ki,bu barədə "Azərxalça" ASC məlumat yayımlayıb

Məlumata görə, bu satış nöqtələrində turistlər kiçik ölçülü suvenir xalçalarla yanaşı böyük ölçülü müxtəlif xalçaları da əldə edə biləcək.
Qurumdan məhsulların satış nöqtələrinun sayının artırılmasının nəzərdə tutulması ilə bağlı açıqlama verilərək"Dünya bazarında özünə məxsus yeri olan Azərbaycan xalçalarının  ölkədə ən böyük istehsalçısı olan “Azərxalça” ASC yaxın zamanlarda müxtəlif məkanlarda çox saylı satış nöqtələrini açmaqla yanaşı tarixdə ilk dəfə özünün ilk və ən böyük mağaza – showroom- un təqdimatını edəcək."-deyə qeyd edilib.

Müəllif :Aynur Qəniyeva 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Heydər Əliyev adına Beynəlxalq Aeroportda "Duty free"-də "Azərxalça"-ın rəsmi mağazası açılıb — Fins.az — Fins.az