Hesabatları son tarixə təqdim edə bilməyənlərə maliyyə sanksiyaları tətbiq edilməyəcək-RƏSMİ

Hesabatları son tarixə təqdim edə bilməyənlərə maliyyə sanksiyaları tətbiq edilməyəcək-RƏSMİ

BİZNES
561

Azərbaycan Respublikasının "Sosial sığorta haqqında" Qanununa edilmiş dəyişikliklərlə bağlı hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron vergi idarəsində hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi"ndə müvafiq düzəlişlər aparılır. Dövlət Vergi Xidmətindən fins.az-a verilən məlumata görə xidmət bu prosesi qısa bir zaman çərçivəsində həll edəcəyini bildirir və vergi ödəyicilərinin nəzərinə çatdırır ki, hesabatları son tarixə təqdim edə bilməyən vergi ödəyicilərinə qarşı maliyyə sanksiyaları tətbiq edilməyəcək.

 

 Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hesabatları son tarixə təqdim edə bilməyənlərə maliyyə sanksiyaları tətbiq edilməyəcək-RƏSMİ — Fins.az — Fins.az