Hansı vergi güzəştləri ediləcək? - BAŞ İDARƏ RƏİSİ AÇIQLAYIR-  VİDEO

Hansı vergi güzəştləri ediləcək? - BAŞ İDARƏ RƏİSİ AÇIQLAYIR- VİDEO

BİZNES
1,415

Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi ilə bağlı təkliflər paketi açıqlanıb.

Fins.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva təkliflər paketində nəzərdə tutulan vergi güzəştləri və tətilləri ilə bağlı məsələləri şərh edərək bildirib ki, koronavirus pandemiyasını və bundan irəli gələrək dünya enerji və səhm bazarında baş verən dalğalanmaların və bütövlükdə bütün dünyada iqtisadi aktivliyin azalması şəraitində Azərbaycan sahibkarlığının və Azərbaycan vətəndaşlarının bu sahədə maksimum az zərər çəkməsi məqsədilə ölkə başçısının müvafiq sərəncamı ilə Azərbaycan hökumətinə bir sıra tapşırıqlar verilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə, həmin tapşırıqların istiqamətlərinə uyğun olaraq tədbirlər planı təsdiq edilib və bütövlükdə kompleks işlər həyata keçirilir.

“Bu işlərə misal olaraq biz istər ölkədə sahibkarlıq subyektlərinə, istərsə də muzdlu işçilərə verilən birbaşa ödəmələri, sahibkarlıq subyektlərinə maliyyə institutları vasitəsilə verilən dolayı təşviqləri misal göstərə bilərik. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə verilən tapşırıqların istiqamətlərindən biri də, ölkədə pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə vergi sahəsində təşviqlərin verilməsi olub. Bu tapşırığın icrası ilə bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər hazırlanıb. Dəyişikliklər sahibkarlıq subyektlərinin, biznes icmalarının və aidiyyəti dövlət orqanlarının iştirakı ilə geniş müzakirə edilib, biznesin tələbləri və istəkləri nəzərə alınmaqla qanun layihəsi hazırlanıb və Milli Məclisə təqdim edilib”, - deyə S. Musayeva qeyd edib.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hansı vergi güzəştləri ediləcək? - BAŞ İDARƏ RƏİSİ AÇIQLAYIR- VİDEO — Fins.az — Fins.az