Gömrük Komitəsi idxal və ixracdakı son vəziyyəti açıqladı

Gömrük Komitəsi idxal və ixracdakı son vəziyyəti açıqladı

BİZNES
1,057

2021-ci ilin ilk 5 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 11 milyard 820 milyon 174 min ABŞ dolları, o cümlədən idxal əməliyyatları 4 milyard 392 milyon 884 min dollar, ixrac əməliyyatları 7 milyard 427 milyon 290 min dollar, saldo 3 milyard 34 milyon 405 min dollar təşkil edib.

"Fins.az" bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir. 

Qeyd edək ki, 2020-ci ilin ilk 5 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 11 milyard 136 milyon 979 min ABŞ dolları, o cümlədən idxal 4 milyard 165 milyon 52 min dollar, ixrac 6 milyard 971 milyon 926 min dollar, saldo 2 milyard 806 milyon  873 min dollar təşkil etmişdi. 

MAYDA İXRAC KƏSKİN AZALIB

2021-ci ilin May ayında Azərbaycanın ixracı 1 milyard 62 milyon 939 min dollar, idxalı 863 milyon 225 min dollar, saldo 199 milyon 714 min dollar təşkil edib. Apreldə ixrac 2 milyard 226 milyon 339 min dollar, idxal 998 milyon  243 min dollar, saldo 1milyard  228 milyon 96 min dollar təşkil etmişdi. 

2020-ci ilin May ayında Azərbaycanın ixracı 665 milyon 505 min dollar, idxalı 782 milyon 529 min dollar, saldo mənfi 117 milyon 24 min dollar təşkil etmişdi. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gömrük Komitəsi idxal və ixracdakı son vəziyyəti açıqladı — Fins.az — Fins.az