“Fitch Ratings” Cənub Qaz Dəhlizi və daha 7 şirkətin reytinqini təsdiqləyib

“Fitch Ratings” Cənub Qaz Dəhlizi və daha 7 şirkətin reytinqini təsdiqləyib

BİZNES
383

Fins.az - Fitch Ratings-in korporativ reytinq meyarlarını yenilədikdən sonra EMEA regionunda fəaliyyət göstərən Cənub Qaz Dəhlizi QSC və daha yeddi infrastruktur şirkətinin reytinqlərini təsdiqlədiyi bildirilir. Mövcud reytinqlərin və proqnozların dəyişməz saxlanıldığı qeyd olunur.

Qərarın 9 yanvar 2026-cı il tarixli “Korporativ reytinq meyarları” və “Sənaye naviqatorları — Korporativ reytinq meyarlarına əlavə” sənədlərinin yenilənməsi ilə əlaqədar qəbul edildiyi açıqlanır.

Agentliyin qiymətləndirməsinə görə, Cənub Qaz Dəhlizi QSC üzrə əsas göstəricilər belədir: menecment — bbb-, sektor göstəriciləri — bbb+, bazar və rəqabət mövqeyi — bbb, aktivlərin diversifikasiyası və keyfiyyəti — bbb, əməliyyat göstəriciləri — bbb, rentabellik — bbb, maliyyə strukturu — a+, maliyyə çevikliyi — bbb+.

Reytinqləri təsdiqlənən digər şirkətlərin aşağıdakılar olduğu bildirilir:

  • Kazakhstan Electricity Grid Operating Company (KEGOC)

  • Namibia Water Corporation Limited

  • GDZ Elektrik Dagitim Anonim Şirketi

  • Nama Electricity Distribution Company SAOC

  • Oman Electricity Transmission Company SAOC

  • Regional Electrical Power Networks JSC

  • National Power Company Ukrenergo

Fitch-in bildirdiyinə görə, meyarların yenilənməsi qeyd olunan emitentlərin qüvvədə olan reytinqlərinə və proqnozlarına təsir göstərməyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Fitch Ratings” Cənub Qaz Dəhlizi və daha 7 şirkətin reytinqini təsdiqləyib — Fins.az — Fins.az