Fevral ayında keçiriləcək hərraclar təyin olunub

Fevral ayında keçiriləcək hərraclar təyin olunub

BİZNES
366

Finss.az - 11, 14 və 18 fevral tarixlərində keçiriləcək hərraclarda iştirakçılara avtomobillər, avadanlıqlar və texnikalara sahib olmaq imkanı yaradılıb.  

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 11 fevral tarixində keçiriləcək hərraca buraxılış tarixləri 2003-2014-cü illəri əhatə edən 72 nəqliyyat vasitəsi çıxarılıb. 

14 fevral tarixində keçiriləcək hərraca "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan 79 avadanlıq çıxarılıb.

18 fevral tarixində keçiriləcək hərraca 68 nəqliyyat vasitəsi, texnikalar və avadanlıqlar çıxarılıb.

 Hərraca çıxarılan əmlakların tam siyahısı ilə //clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
 

Zemfira Ms
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fevral ayında keçiriləcək hərraclar təyin olunub — Fins.az — Fins.az