Eyni cinsli əkizlərin ASAN Login-də video ilə qeydiyyatdan keçmələrinə icazə verilmir-VİDEO

Eyni cinsli əkizlərin ASAN Login-də video ilə qeydiyyatdan keçmələrinə icazə verilmir-VİDEO

BİZNES
515

Eyni cinsdən olan əkizlərin "ASAN Login" sistemində video vasitəsilə qeydiyyatdan keçmələrinə təhlükəsizliyin təmin olunması məqsədilə icazə verilmir.

Fins.az xəbər verir ki, bu barədə məlumatı Elektron Hökumət Portalı yayımlayıb. 

Məlumata görə,belə olan təqdirdə şəxs öz adına olan mobil nömrə və FİN vasitəsilə qeydiyyatdan keçə bilər. Həmçinin, 5 saylı "ASAN xidmət" mərkəzində yerləşən "Rəqəmsal xidmət pəncərəsi"nə yaxınlaşaraq qeydiyyatdan keçmək mümkündür. Qeyd edək ki, öz adına mobil nömrəsi olmayan şəxslər videoqeydiyyat vasitəsilə "ASAN Login" sistemində hesab yarada bilərlər

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Eyni cinsli əkizlərin ASAN Login-də video ilə qeydiyyatdan keçmələrinə icazə verilmir-VİDEO — Fins.az — Fins.az