“Əsas məqsədimiz qeyri-neft ixracını artırmaqdır”

“Əsas məqsədimiz qeyri-neft ixracını artırmaqdır”

BİZNES
914

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı zamanı Sumqayıt şəhər ictimaiyyətinin bir qrup nümayəndəsi ilə görüşüb.

Fins.az-ın  məlumatına görə, dövlət başçısı Sumqayıtda inşa olunan sənaye müəssisələrinin əhəmiyyətindən danışıb:

“Hazırda Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin tikintisi davam edir. Onların arasında əyirici boya fabrikinin tikintisini xüsusi qeyd etməliyəm. Çünki bu, bizim xalçaçılıq sənayemizin inkişafı üçün çox önəmli layihədir. Eyni zamanda, şüşə zavodu da inşa edilir. Biz şüşələri xaricdən idxal edirik və bu zavod işə düşəndən sonra artıq idxaldan asılılığı aradan götürəcəyik.

Sumqayıtda Azərbaycan sənayesinin flaqmanları sayılan iki nəhəng sənaye müəssisəsi inşa edilib - polimer və karbamid zavodları. Bu müəssisələr həm daxili tələbatı tam ödəyəcək, eyni zamanda, böyük ixrac imkanları yaranıb. Bu ixracın əhəmiyyəti ondadır ki, bu, qeyri-neft ixracıdır. Bizim də əsas məqsədimiz qeyri-neft sənayesini inkişaf etdirmək və qeyri-neft ixracını artırmaqdır”.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Əsas məqsədimiz qeyri-neft ixracını artırmaqdır” — Fins.az — Fins.az