Epidemiologiya Mərkəzindən məsləhət: “Çindən onlayn sifarişləri dayandırın!”

Epidemiologiya Mərkəzindən məsləhət: “Çindən onlayn sifarişləri dayandırın!”

BİZNES
929

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi koronavirus təhlükəsi ilə əlaqədar Çindən onlayn sifarişləri dayandırmağı məsləhət görüb.

Fins.az-ın xəbərinə görə, Mərkəzin direktor müavini Afaq Əliyeva bildirib ki, əgər Çində karantin tədbirləri həyata keçirilirsə, hər kəs özünü qorumaq üçün onlayn sifarişləri  dayandırmalıdır: 

“Düzdür, həmin məhsullar gömrük məntəqələrində müayinədən keçirilir, yoxlanılır, amma yenə də alış-verişi, bütün əlaqələri məhdudlaşdırmaq olar. Çünki koronavirus haqqında ÜST-ün belə tam məlumatı yoxdur. Virus hələ öyrənilir. Ona görə bir qədər ehtiyatlı olmaq lazımdır”.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Epidemiologiya Mərkəzindən məsləhət: “Çindən onlayn sifarişləri dayandırın!” — Fins.az — Fins.az