"Enterprise Azerbaijan" portalı Özbəkistan Ticarət və Sənaye Palatasında təqdim olunub

"Enterprise Azerbaijan" portalı Özbəkistan Ticarət və Sənaye Palatasında təqdim olunub

BİZNES
184

Fins.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov Özbəkistanın paytaxtı Daşkənddə bir sıra görüşlər keçirib.

Özbəkistan Ticarət və Sənaye Palatasında Xarici iqtisadi fəaliyyət departamentinin direktoru Saidkamil Saidnazirxanovla keçirilən görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının təşviqi, sahibkarlar arasında əlaqələrin gücləndirilməsi və yeni biznes tərəfdaşlıqlarının formalaşdırılması məsələləri müzakirə olunub. “Enterprise Azerbaijan” portalının beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi, innovativ və investisiya potensiallı startapların regional bazarlara çıxış imkanlarının artırılması, eləcə də biznes ekosistemləri arasında dayanıqlı əməkdaşlıq mexanizmlərinin formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Bildirilib ki, “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramının “Demo Day” tədbiri “TEI Forum 2026” ilə birlikdə 30–31 oktyabr 2026-cı il tarixində Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulur.

İsa Qasımov Daşkənddə tanınmış özbək influenser Anvar Abduqayum ilə də görüşüb. O, ictimai və işgüzar çevrələrdə tanınmış şəxs kimi müxtəlif sosial və biznes, xüsusilə rəqəmsal media təşəbbüslərində iştirakı ilə seçilir. Görüşdə iqtisadi və işgüzar əlaqələrin ümumi dinamikası, eləcə də gələcəkdə əməkdaşlıq üçün potensial istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Enterprise Azerbaijan" portalı Özbəkistan Ticarət və Sənaye Palatasında təqdim olunub — Fins.az — Fins.az