Enerji tərəfdaşlığı Azərbaycan-ABŞ münasibətlərinin əsas sütunudur - Mikayıl Cabbarov

Enerji tərəfdaşlığı Azərbaycan-ABŞ münasibətlərinin əsas sütunudur - Mikayıl Cabbarov

BİZNES
115

Azərbaycan-ABŞ arasında keçirilən ilk iqtisadi dialoq iki ölkə arasında münasibətlərin və strateji iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində KİV nümayəndələri üçün təşkil olunan brifinqdə bildirib.

Nazir qeyd edib ki, Azərbaycan ilə ABŞ arasında keçirilən bu dialoq strateji iqtisadi tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm mərhələdir və əməkdaşlıq sıfırdan başlamır.

Onun sözlərinə görə, enerji sahəsində uzun illərə söykənən uğurlu əməkdaşlıq mövcuddur və bu tərəfdaşlıq yalnız Azərbaycanın iqtisadi rifahına və enerji təhlükəsizliyinə deyil, həm də daha geniş regionun enerji təhlükəsizliyinə töhfə verir.

Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası dörd əsas istiqaməti əhatə edir.

Nazir bildirib ki, birgə əməkdaşlıq məhz bu dörd istiqamət üzrə formalaşır: regional qarşılıqlı əlaqə, ticarət və investisiyalar, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq, eləcə də təhlükəsizlik və süni intellekt, rəqəmsal infrastruktur kimi yeni texnoloji sahələr.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...