Əmlak bazarında yeni rekord - Böyük Britaniya

Əmlak bazarında yeni rekord - Böyük Britaniya

BİZNES
318

Finss.az xəbər verir ki, Halifax konsaltinq şirkətinin son hesabatına əsasən, Böyük Britaniyada yaşayış əmlakının qiymətləri oktyabr ayında sentyabrla müqayisədə 0,6% artıb.

Bu artım nəticəsində ölkədə orta ev qiyməti rekord həddə – 299.862 funt sterlinqə (təxminən 393.000 dollar) yüksəlib.

Trading Economics portalının məlumatına görə, analitiklər orta hesabla cəmi 0,1% artım proqnozlaşdırırdılar. Lakin faktiki göstəricilər bazarda gözləniləndən daha güclü dinamikanı göstərib.

İllik müqayisədə Böyük Britaniyada ev qiymətləri 1,9% artım nümayiş etdirib, halbuki mütəxəssislər 1,45% artım gözləyirdilər. Sentyabr ayında isə əmlak qiymətləri aylıq müqayisədə 0,3% azalmış, illik əsasda isə 1,3% artım qeydə alınmışdı.

Mütəxəssislərin fikrincə, bu artımın səbəbləri arasında ipoteka faizlərində sabitləşmə, əmək bazarındakı davamlılıqyaşayış sahələrinə artan tələbat kimi amillər dayanır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Əmlak bazarında yeni rekord - Böyük Britaniya — Fins.az — Fins.az