
Elmir Vəlizadə: "2019-cu ildə Azərbaycanda İKT sahəsinin həcmi 2,2 mlrd manat olub"
2019-cu ildə Azərbaycanda İKT sahəsinin həcmi 2,2 mlrd manat olub ki, və bu sektorun gəlirləri ÜDM-in 1,8%-ni, qeyri neft sektorunun isə 2,9%-nı təşkil edir. Fins.az xəbər verir ki, bunu “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda çıxış edərkən Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. Onun sözlərinə görə, infrastrukturun modernləşdirilməsi və artan tələbata cavab verəcək səviyyəyə malik imkanların yaradılması, müasir texnologiyaların tətbiqi, internet istifadəçilərin sayının artması, e-ticarətin genislənməsi və sair görülən işlər rəqəmli İqdisadiyyatın İnkişafında aparıcı rol oynayır.