
EK: Avropada neft və qaz təminatı qısamüddətli perspektivdə təhlükədə deyil
Fins.az - Koordinasiya qrupları tərəfindən keçirilən iclasda Avropa Komissiyası (EK) müəyyən edib ki, qısamüddətli perspektivdə Avropa İttifaqı ölkələrinin neft və qaz təminatında risk yoxdur. EK-nın rəsmi nümayəndəsi Anna-Kaysa İtkonən bildirib ki, vəziyyət diqqətlə izlənir və lazım gələrsə, üzv dövlətlərlə birlikdə tədbirlər görüləcək.
Məlumata görə, üzv dövlətlər MİA-nın təklif etdiyi strateji ehtiyatların sərbəst buraxılması məsələsini könüllü əsaslarla həyata keçirəcəklər və EK-nın koordinasiya qrupunun növbəti iclası 19 martda keçiriləcək. Qaz təminatında da problem yoxdur, lakin qiymətlərin artması narahatlıq doğurur.