EIA Azərbaycanda neft hasilatı üzrə yeni proqnozunu açıqlayıb

EIA Azərbaycanda neft hasilatı üzrə yeni proqnozunu açıqlayıb

BİZNES
201

Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatının 2026-cı ildə orta hesabla sutkada 0,55 milyon barel təşkil edəcəyi proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiyası Administrasiyasının (EIA) qısamüddətli enerji proqnozunda məlumat verilib.

Proqnoza əsasən, 2025-ci il üçün qiymətləndirilən sutkada 0,57 milyon barel göstərici ilə müqayisədə 2026-cı ildə hasilatda azalma gözlənilir. EIA-nın hesablamalarına görə, 2026-cı ildə birinci rübdə orta hasilat 0,56 milyon barel, ikinci rübdə 0,55 milyon barel, üçüncü və dördüncü rüblərdə isə 0,54 milyon barel səviyyəsində olacaq.

Eyni tendensiyanın 2027-ci ildə də davam edəcəyi proqnozlaşdırılır. Belə ki, həmin ilin birinci rübündə orta sutkalıq hasilat 0,53 milyon barel, ikinci və üçüncü rüblərdə 0,52 milyon barel, dördüncü rübdə isə 0,51 milyon barel səviyyəsində olacaq. Ümumilikdə 2027-ci il üzrə orta sutkalıq hasilatın 0,52 milyon barel təşkil edəcəyi bildirilir.

Bununla yanaşı, Energetika Nazirliyi məlumatına əsasən, 2025-ci ildə Azərbaycanda qaz kondensatı da daxil olmaqla ümumilikdə 27,7 milyon ton neft hasil edilib. Bu həcmdən 16,2 milyon ton “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 3,8 milyon ton “Şahdəniz” yatağının, 0,6 milyon ton “Abşeron” yatağının, 7,1 milyon ton isə SOCAR-ın payına düşüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
EIA Azərbaycanda neft hasilatı üzrə yeni proqnozunu açıqlayıb — Fins.az — Fins.az