EIA Azərbaycanda neft hasilatı ilə bağlı 2026–2027 proqnozunu açıqlayıb

EIA Azərbaycanda neft hasilatı ilə bağlı 2026–2027 proqnozunu açıqlayıb

BİZNES
304

Fins.az - ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) mart ayı üzrə qısamüddətli enerji proqnozuna əsasən, Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatının 2026 və 2027-ci illərdə orta hesabla gündə 540 min barreldən çox olacağı gözlənilir.

Qurumun qiymətləndirməsinə görə, 2026-cı ildə hasilat birinci rübdə gündə 550 min barreldən çox, ikinci rübdə 540 min barreldən çox, üçüncü və dördüncü rüblərdə isə 530 min barreldən çox səviyyəsində olacaq. Oxşar dinamikanın 2027-ci ildə də davam edəcəyi proqnozlaşdırılır.

Bu göstərici 2025-ci ildə qeydə alınmış gündəlik 570 min barreldən çox hasilat səviyyəsi ilə müqayisədə azalma deməkdir.

Energetika Nazirliyinin məlumatına görə, hesabat dövründə Azərbaycanda qaz kondensatı da daxil olmaqla 27,7 milyon ton neft hasil edilib. Bunun 16,2 milyon tonu “Azəri–Çıraq–Günəşli”, 3,8 milyon tonu “Şahdəniz”, 0,6 milyon tonu “Abşeron” yataqlarının, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb.

Eyni dövrdə ölkədən 23,1 milyon ton neft ixrac olunub. Bunun 20 milyon tonu konsorsiumların, 2,5 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə JOCAP-ın payına düşüb.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
EIA Azərbaycanda neft hasilatı ilə bağlı 2026–2027 proqnozunu açıqlayıb — Fins.az — Fins.az