Dünya Bankı: Enerji qiymətləri 2026-cı ildə 24% arta bilər

Dünya Bankı: Enerji qiymətləri 2026-cı ildə 24% arta bilər

BİZNES
313

Fins.az - Dünya Bankının proqnozuna görə, 2026-cı ildə qlobal enerji daşıyıcılarının qiymətləri 24 faiz artaraq 2022-ci ildən bəri ən yüksək səviyyəyə çata bilər.

“Commodity Markets Outlook” hesabatında qeyd olunur ki, bu artım əsasən Yaxın Şərqdə davam edən münaqişə ilə əlaqədardır. Enerji infrastrukturuna hücumlar və Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması neft tədarükünün ciddi azalmasına səbəb olub.

Məlumata görə, xammal tədarükü gündəlik təxminən 10 milyon barel azalıb. Bu vəziyyət tarixdə ən böyük neft böhranlarından birini formalaşdırıb.

Ümumilikdə isə xammal qiymətlərinin 16 faiz artacağı gözlənilir ki, bu da qlobal inflyasiyanın yüksəlməsinə və iqtisadi artımın zəifləməsinə gətirib çıxara bilər.

Qeyd olunur ki, qiymətlər pik səviyyədən müəyyən qədər geri çəkilsə də, aprelin ortalarında Brent neftinin qiyməti ilin əvvəli ilə müqayisədə 50 faizdən çox yüksək olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünya Bankı: Enerji qiymətləri 2026-cı ildə 24% arta bilər — Fins.az — Fins.az