Dövlətə məxsus helikopterlər 50% endirimlə hərraca çıxarılır

Dövlətə məxsus helikopterlər 50% endirimlə hərraca çıxarılır

BİZNES
1,390

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 15-i keçiriləcək hərracda “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus 3 helikopter satışa çıxarılacaq.

Fins.az xəbər verir ki, 5-ci dəfə təkrar hərraca çıxarılan 3 helikopteri AZAL 50% endirimlə təklif edir və ilkin satış qiyməti 1 mln. manatdır.

Məlumata görə, 2 “Airbus Helicopters EC-155B1” 2005, “Airbus EC-135P2” isə 2009-cu ilin buraxılışıdır.

Özəlləşdirilməyə çıxarılan helikopterləri almaq istəyən şəxslər qiymətin 10%-i məbləğində behi ödəməklə hərracda iştirak edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlətə məxsus helikopterlər 50% endirimlə hərraca çıxarılır — Fins.az — Fins.az