Dövlət Xidməti vəkilliyə namizədlər üçün təlim keçirib

Dövlət Xidməti vəkilliyə namizədlər üçün təlim keçirib

BİZNES
1,094

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə Ədliyyə Akademiyasında icbari təlim kursu proqramı və Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin vəkillərin ixtisasartırma kursu proqramı üzrə növbəti onlayn təlim keçirilib.

Fins.az xəbər verir ki, Dövlət Xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində təşkil olunan “İstehlakçı hüquqlarının müdafiə mexanizmləri” mövzusunda təlimdə 106 nəfər vəkilliyə namizəd iştirak edib.

Təliminin məqsədi istehlakçı hüquqlarının müdafiəsi sahəsində vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin yüksəldilməsindən ibarətdir. İştirakçılara istehlakçıların əsas hüquq və vəzifələri, istehlakçı hüquqlarının müdafiəsi mexanizmləri və bu hüquqların pozulması ilə bağlı məsuliyyət tədbirləri barədə ətraflı məlumat verilib

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət Xidməti vəkilliyə namizədlər üçün təlim keçirib — Fins.az — Fins.az