
Dövlət Xidməti: Malın mənşə ölkəsinin təyini məqsədilə müraciətlər artıb
Cari ilin birinci yarısında malın mənşə ölkəsinin təyin edilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində İstehlak Mallarının Ekspertizası Mərkəzinə 894 sahibkarlıq subyekti müraciət edib.
Dövlət Xidmətindən Fins.az-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə bu göstərici 4,4 faiz artıb. Bunlardan 101-ni fiziki şəxs, 793-nü isə hüquqi şəxslər təşkil edib. Ötən ilin müvafiq dövründə malın mənşə ölkəsinin təyin edilməsi məqsədilə müraciət edən sahibkarlıq subyektlərinin sayı 857 olub.
