Dövlət Xidməti 230 tenderin,1061 kotirovka sorğusunun nəticəsini LƏĞV EDİB

Dövlət Xidməti 230 tenderin,1061 kotirovka sorğusunun nəticəsini LƏĞV EDİB

BİZNES
514

2020-ci ildə müsabiqə əsasında keçirilmiş satınalmalar zamanı ehtimal olunan qiymətlə müqayisədə 8,03% dövlət vəsaitinə qənaət olunub.

Bu, 2019-cu illə müqayisədə 12,8% çoxdur. Həyata keçirilmiş 230 tenderdə və 1061 kotirovka sorğusunda aşkar olunmuş qanun pozuntuları səbəbindən nəticələri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ləğv edilib.

Qeyd edək ki, satınalan təşkilatların 70-dən çox mütəxəssisinin iştirak etdiyi onlayn görüş dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə ciddi riayət olunması, mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədilə təşkil olunub və bu tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət Xidməti 230 tenderin,1061 kotirovka sorğusunun nəticəsini LƏĞV EDİB — Fins.az — Fins.az