"Dövlət tərəfindən sahibkarlara dəstək həm aprel, həm də may ayı üçün nəzərdə tutulur"

"Dövlət tərəfindən sahibkarlara dəstək həm aprel, həm də may ayı üçün nəzərdə tutulur"

BİZNES
1,195

"Dövlət tərəfindən sahibkarlara verilən dəstək həm aprel, həm də may ayı üçün nəzərdə tutulur".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqdisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, karantindən çıxdıqdan sonra iqtisadi fəallıq dərhal bərpa edilməyəcək.

Nazir qeyd edib ki, xüsusi karantin rejiminin böyük məsrəfləri var: “Bu, bütün dünyada belədir. Dünya iqtisadiyyatında da tənəzzül proqnozlaşdırılır və bu proqnozlar davamlı yenilənir. Bu rejimi tətbiq edərkən Azərbaycan hökuməti, aidiyyəti strukturlar bundan məlumatlı idi. Əhalinin sağlamlığı prioritet seçildi və istənilən iqtisadi prosesdən üstün tutularaq qərar verildi. Artıq hədəflərə nail olunub, bunu dinamika da görürük”.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Dövlət tərəfindən sahibkarlara dəstək həm aprel, həm də may ayı üçün nəzərdə tutulur" — Fins.az — Fins.az