Dövlət strukturları tərəfindən edilən kibertəhlükəsizlik sorğularının sayı artıb

Dövlət strukturları tərəfindən edilən kibertəhlükəsizlik sorğularının sayı artıb

BİZNES
664

Bu ilin aprel ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı mart ayı ilə müqayisədə 70,7% artaraq 594 ədəd təşkil edib.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, apreldə mərkəzə daxil olan sorğulardan 97,1%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, aprel ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 4 domen və 19 subdomen qeydiyyatdan keçib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 18 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-aprel aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 1675 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 96,7%-i baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 81 hesabat təqdim edilib. Yanvar-aprel ayları ərzində Azərbaycanın internet seqmentində 21 domen və 55 subdomen qeydiyyata alınıb.

Həmçinin, bu ilin yanvar-aprel ayları ərzində "AzStateNet" şəbəkəsində URL əsaslı bloklanan zərəvericilərin sayı 9 453 ədəd təşkil edib. Bundan başqa, cari ilin ilk 4 ayında mərkəzləşdirilmiş antivirus sistemi ilə 11 904, "Sandboxing" yolu ilə isə 14 773 zərərverici qeydə alınıb.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət strukturları tərəfindən edilən kibertəhlükəsizlik sorğularının sayı artıb — Fins.az — Fins.az