
Dövlət büdcəsinə gömrük rüsumlarından daxilolmalar - Artıb
2021-ci ilin yanvar-mart aylarında Azərbaycan dövlət büdcəsinə gömrük rüsumlarından daxilolmalar 260,7 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) hesabatında məlumat verilib.