
Dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə 25 milyon manatdan çox vəsait geri qaytarılıb
2026-cı ilin yanvar-fevral ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 25 milyon 46,6 min manat məbləğində vəsait geri qaytarılıb.
Fins.az Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatına əsaəsn xəbər verir ki, geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə ödənilmiş ƏDV-ni əhatə edir. Bundan əlavə, əcnəbilərin ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV də geri qaytarılıb.
Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılan vəsaitlərə daxildir.
Fuad Mədətov
Fins.az