
Dövlət büdcəsindən ayrılan vəsaitlər fərdi sahibkarlara hansı qaydada veriləcək? - QAYDA
Maliyyə dəstəyinin mümkün qədər qısa müddət ərzində göstərilməsini təmin etmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə müraciət təqdim edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür.
Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayımlayıb
Məlumatda bildirilir ki, fərdi sahibkar olan vergi ödəyicisinin dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi ilə bağlı banka müvafiq göstəriş veriləcək, ayrılmış vəsaitlər ünvanlarına çatdırılacaq.
Qeyd edilir ki, bu işlərin dəqiq icra mexanizmini özündə əks etdirən Proseslər Xəritələri hazırlanıb və bu barədə həm işəgötürənlərə, həm də fərdi sahibkarlara ətraflı məlumatyaxın vaxtlarda onlara şəxsi elektron kabinetləri, SMS və bildirişlər vasitəsilə çatdırılacaq.
Eyni zamanda məlumatda "hazırda İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin, eləcə də fərdi sahibkarların siyahısının dəqiqləşdirilməsi prosesi başa çatmaq üzrədir."deyə qeyd edilir
Müəllif;Aynur Qəniyeva