“Diqlas”ın yerində hansı obyekt tikiləcək? - Açıqlama

“Diqlas”ın yerində hansı obyekt tikiləcək? - Açıqlama

BİZNES
2,447

Ötən il martın 26-da dəhşətli yanğın hadisəsi nəticəsində yararsız hala düşən və elə həmin ilin avqustunda söküntüsü başa çatan “Diqlas” ticarət mərkəzinin yerində hələ də heç bir obyekt tikilməyib. Bu ilin əvvəlində sözügedən ərazidə yaşayış binasının tikiləcəyi ilə bağlı söyləntilər olsa da, məlumat təsdiqini tapmadı.

Məsələ ilə bağlı açıqlama verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, həmin ərazidə tikinti işlərinin aparılması ilə bağlı komitəyə müraciət daxil olmayıb.

Bakı şəhər İcra Hakimiyyətindən isə ərazidə hansısa obyektin tikiləcəyi ilə bağlı hələlik məlumat olmadığı bildirilib

(c)axar

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Diqlas”ın yerində hansı obyekt tikiləcək? - Açıqlama — Fins.az — Fins.az