CVC Capital Partners və Trafigura Fransanın Rubisini almaq istəyir

CVC Capital Partners və Trafigura Fransanın Rubisini almaq istəyir

BİZNES
593

Fransanın yanacaq distribyutoru Rubis SCA investisiya şirkəti CVC Capital Partners Plc və əmtəə treyderi Trafigura Group-un maraq obyektinə çevrilib, Finss.az xəbər verir.

Rubis neft məhsullarını Avropa, Afrika və Karib hövzəsində paylayır. Xüsusilə, yanacaqdoldurma məntəqələri şəbəkəsinə, eləcə də günəş enerjisi sektorunda aktivlərə sahibdir.

CVC və Trafigura nümayəndələri şərh verməkdən imtina etdilər və Rubis nümayəndəsi hələ Bloomberg-in sorğusuna cavab verməyib.

Rubisin kapitallaşması təxminən 3 milyard avrodur. İlin əvvəlindən şirkətin səhmləri 22% bahalaşıb, ilin birinci yarısında xalis mənfəəti 26% artıb. Rubis səhmləri bazar ertəsi ticarətdə 9% bahalaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...