Çinin ÜDM-i 2030-cu ilə qədər 25 trilyon dolları keçə bilər

Çinin ÜDM-i 2030-cu ilə qədər 25 trilyon dolları keçə bilər

BİZNES
307

Fins.az - Çin iqtisadiyyatının 2030-cu ilə qədər 175 trilyon yuan, yəni təxminən 25,39 trilyon dollara çatacağı proqnozlaşdırılır.

Bu barədə ölkənin Baş naziri Li Qianq Çin İnkişaf Forumunun açılışında məlumat verib. Onun sözlərinə görə, qarşıdakı beş il ərzində ölkə iqtisadiyyatının ümumi həcmi əhəmiyyətli şəkildə artacaq.

Qeyd olunub ki, 2026–2030-cu illəri əhatə edən 15-ci beşillik plan çərçivəsində illik ÜDM artımının 30 trilyon yuandan çox olması nəzərdə tutulur.

Baş nazir vurğulayıb ki, gözlənilən iqtisadi genişlənmə Çinlə digər ölkələr arasında ticarət və iqtisadi əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çinin ÜDM-i 2030-cu ilə qədər 25 trilyon dolları keçə bilər — Fins.az — Fins.az