Çin iqtisadiyyatı 2025-ci ildə 5% böyüyüb

Çin iqtisadiyyatı 2025-ci ildə 5% böyüyüb

BİZNES
290

Fins.az - Çin iqtisadiyyatı 2025-ci ildə 5% artım göstərib. Milli Statistika Bürosunun məlumatına görə, ölkənin ÜDM-i 140 trilyon yuanı (təxminən 20 trilyon dollar) keçərək rekord səviyyəyə çatıb.

Beləliklə, Çin hökumətinin müəyyən etdiyi “təxminən 5%” illik iqtisadi artım hədəfi yerinə yetirilib. Bu, dünyanın ikinci ən böyük iqtisadiyyatının ÜDM-inin ilk dəfə 140 trilyon yuan həddini keçməsi deməkdir.

Çin iqtisadiyyatı son illərdə belə artım göstərib: 2020-də 2,2%, 2021-də 8,4%, 2022-də 3%, 2023-də 5,2%, 2024-də isə 5%. Analitiklərin fikrincə, artım daxili tələbatın zəifliyi, deflyasiya riski və daşınmaz əmlak sektorundakı enişə baxmayaraq əldə olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çin iqtisadiyyatı 2025-ci ildə 5% böyüyüb — Fins.az — Fins.az