
Cənub-Qərb dəhlizi üzrə yük daşımaları artıb
2025-ci ildə Cənub-Qərb nəqliyyat dəhlizi vasitəsilə daşınmış yüklərin ümumi həcmi 533 min ton təşkil edib.
Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 138,8 min ton və ya 35% artım deməkdir.
Belə ki, 2024-cü ildə Cənub-Qərb dəhlizi ilə daşınan yüklərin həcmi 394,2 min ton olub.
Qeyd edək ki, 2025-ci ildə ümumilikdə nəqliyyat dəhlizləri üzrə Azərbaycandan dəmir yolu ilə 400,7 milyon ton, avtomobil nəqliyyatı ilə 151,7 milyon ton, dəniz nəqliyyatı ilə isə 259,5 milyon ton yük daşınıb.