CAREC Azərbaycanla bir neçə istiqamət üzrə birgə tədqiqatlar aparacaq

CAREC Azərbaycanla bir neçə istiqamət üzrə birgə tədqiqatlar aparacaq

BİZNES
930

CAREC və Azərbaycanın İqtisadi Elmi Tədqiqat İnstitutu bir neçə istiqamət üzrə birgə tədqiqatlar aparacaq.

Fins.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadi elmi tədqiqat institutunun İdarə heyətinin sədri Mahir Hümbətov deyib.
Onun sözlərinə görə, tədqiqatlar əsasən rəqəmsallaşma, nəqliyyat dəhlizləri, ticarətin asanlaşdırılması və ümumi olaraq potensialın artırılması istiqamətində aparılacaq.

"Təəssüflər olsun ki, CAREC İnstitutu Azərbaycanla bağlı az tədqiqat həyata keçirib. Bizim bu ilin sonuna, gələn ilin əvvəlinə birgə bir neçə istiqamətdə tədqiqat planlarımız var. CAREC-ə üzv olan ölkələrin müxtəlif sahələrinin ekspertləri Azərbaycana gəlib bizim institutun əməkdaşları ilə birgə və yaxud bizim əməkdaşlar həmin ölkələrdə hər hansı tədqiqat işləri apara biləcəklər",- deyə Mahir Hümbətov qeyd edib.

© APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
CAREC Azərbaycanla bir neçə istiqamət üzrə birgə tədqiqatlar aparacaq — Fins.az — Fins.az