Bu yaxınlarda "Gəmiqaya Holdinq" ilə eyni ünvanda daha bir şirkət qeydiyyata alınıb

Bu yaxınlarda "Gəmiqaya Holdinq" ilə eyni ünvanda daha bir şirkət qeydiyyata alınıb

BİZNES
2,060

19 Oktyabr 2022-ci il tarixində Dövlət Vergi Xidməti (DVX) "Gəmiqaya Servis" MMC-ni dövlət qeydiyyatına alıb.

DVX bu barədə məlumatı 23 dekabr 2022-ci il tarixində açıqlayıb.

91 min 620 manat nizamnamə kapitalına malik olan "Gəmiqaya Servis" MMC-nin qanuni təmsilçisi Fətullayev Emin Qasım oğlu, hüquqi ünvanı Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə ev 34, m 2-dir.

Qeyd edək ki, "Gəmiqaya Holdinq" MMC-nin də hüquqi ünvanı Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə ev 34, m 2-dir.

Mərkəzi ofisi Naxçıvan şəhərində yerləşən Holdinq, 2008-ci ilin dekabr ayında təsis edilmişdir. Hazırda ondan çox şirkəti özündə birləşdirən “Gəmiqaya Holdinq” tikinti, sənaye, qida, ticarət və aqrar sahələrində fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu yaxınlarda "Gəmiqaya Holdinq" ilə eyni ünvanda daha bir şirkət qeydiyyata alınıb — Fins.az — Fins.az