Bu Sənaye Məhəlləsinə 12,6 mln. manatlıq investisiya yatırılacaq

Bu Sənaye Məhəlləsinə 12,6 mln. manatlıq investisiya yatırılacaq

BİZNES
394

Finss.az - İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Masallı Sənaye Məhəlləsində son dövrlərdə sahibkarlıq fəaliyyətinin artması müşahidə edilir.

14,7 milyon manatdan çox olan investisiya həcmi ilə 9 yeni sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu müəssisələrdən 6-sı artıq fəaliyyətə başlayıb və iqtisadi aktivlik daha da artırılıb.

İZİA-dan verilən məlumata görə, sahibkarlar tərəfindən həyata keçirilən layihələrə ümumilikdə 2,1 milyon manat investisiya yatırılıb və bu, 70-dən çox daimi iş yerinin yaradılmasına şərait yaradıb. Növbəti mərhələdə isə əlavə 12,6 milyon manatlıq investisiya yatırılması planlaşdırılır ki, bu da 300-dən çox yeni iş yerinin açılmasını təmin edəcək.

Masallı Sənaye Məhəlləsində artıq 14,4 milyon manatlıq məhsul istehsalı həyata keçirilib və bu sahənin inkişafı həm regional, həm də milli iqtisadiyyata müsbət təsir edir. Masallı Sənaye Məhəlləsi 2016-cı ildə dövlət başçısının sərəncamı ilə yaradılıb və 10 hektar ərazini əhatə edir.

 

© azertac

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu Sənaye Məhəlləsinə 12,6 mln. manatlıq investisiya yatırılacaq — Fins.az — Fins.az