
Bu qurum rəqəmsal marketinq və media monitorinq xidmətlərinə 195 min manata yaxın vəsait yönəldəcək
Bakı Nəqliyyat Agentliyi media monitorinq xidmətləri və risklərin təhlilinə 195 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, "İNPRESS PR SOLUTİONS" MMC ilə media monitorinq xidmətləri, risklərin təhlili və idarəedilməsi, kommunikasiya kanallarının təhlili və optimallaşdırılması, rəqəmsal marketinq, kontent analizi və idarəedilməsi və sosial media təhlilləri üzrə məsləhət xidmətinə dair müqavilə imzalanıb.
Müqavilənin dəyəri 194 milyon 707 min manatdır.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir