Bu il hər bir istehlakçı ötən ildən 23 manat az pul xərcləyib

Bu il hər bir istehlakçı ötən ildən 23 manat az pul xərcləyib

BİZNES
368

Bakı 16 dekabr Fins.az

2020-ci ilin yanvar-noyabr aylarında  istehlak bazarında bir istehlakçı orta hesabla ayda 382,3 manat və ya 2019-cu ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 23 manat az vəsait xərcləyib.

Bu ilin yanvar-noyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 42 mlrd. manat olmaqla 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,6% azalıb.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 7,3% azalaraq 40,5 mlrd. manata bərabər olub, onun 51%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il hər bir istehlakçı ötən ildən 23 manat az pul xərcləyib — Fins.az — Fins.az