Bu il daşınmaz dövlət əmlakının icarəsindən 38,1 mln. manat vəsait əldə olunub

Bu il daşınmaz dövlət əmlakının icarəsindən 38,1 mln. manat vəsait əldə olunub

BİZNES
335

Bu ilin yanvar-iyun ayları ərzində ümumilikdə 2 112 yeni icarə müqaviləsi bağlanılıb.

Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, bundan 465-i qeyri-yaşayış sahələri üzrə, 1 647-si isə torpaq sahələrinə dair olub. Bu, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 dəfə çoxdur.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin ilk 6 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 12,3 mln. manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 38,1 mln. manat vəsait büdcəyə daxil olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il daşınmaz dövlət əmlakının icarəsindən 38,1 mln. manat vəsait əldə olunub — Fins.az — Fins.az