BTC daxil olmaqla magistral neft kəmərlərinin gəlirləri 1,548 milyard manat olub

BTC daxil olmaqla magistral neft kəmərlərinin gəlirləri 1,548 milyard manat olub

BİZNES
185

2025-ci ildə Azərbaycanın Bakı-Tbilisi-Ceyhan (BTC) də daxil olmaqla magistral neft kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlir 1 milyard 1,548 milyon manat təşkil edib.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 5,3% azalma nümayiş etdirib.

Statistik göstəricilərə əsasən, hesabat dövründə magistral neft kəmərləri şəbəkəsində itkilər 5,1 min ton olub. Bu rəqəm ötən ilin eyni dövründə qeydə alınmış 4,5 min tonla müqayisədə 13,3% artım deməkdir.

2025-ci ildə magistral neft kəmərləri ilə ümumilikdə 36,306 milyon ton neft nəql edilib ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 6,3% azdır. Nəql olunan ümumi həcmin təxminən 74,9%-i Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin payına düşüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BTC daxil olmaqla magistral neft kəmərlərinin gəlirləri 1,548 milyard manat olub — Fins.az — Fins.az